“Qafqazinfo”nun məlumatına görə, Dərnəgül stansiyasından Həzi Aslanov istiqamətində gedən qatarların hərəkətində 20 dəqiqədən artıq interval yaranıb.
20 Yanvar stansiyasında qatarlardakı sərnişinlər boşaldılıb. Metroda izdiham müşahidə olunur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib:
“Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Buna görə də arxadakı qatarlar gözləmək məcburiyyətində qalıb. Xətlərdə artıq hərəkət bərpa olunub”.
Son xəbərlər
Son Xəbərlər