Bakı metrosunda sərnişin stansiya yoluna düşdü

baki-metrosunda-sernisin-stansiya-yoluna-dusdu
Oxunma sayı: 4502

Metronun “Memar Əcəmi” stansiyasında sərnişinlərdən biri stansiya yoluna düşüb.

“Bakı Metropoliteni”ndən “Qafqazinfo”ya verilən məlumata görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb.

Lakin stansiya yolunda olan kişi sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. 

İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

Həmçinin oxuyun: Макрон во время интервью снял дорогие часы - Видео