Bakı oyaq qalıb... - Fotosessiya

baki-oyaq-qalib
Oxunma sayı: 14455

Yaxın tarixdə Bakıda yəqin ki, belə bir gecə yaşanmamışdı. Hava olduqca soyuqdur, şaxtalıdır, insanlar səhər yuxudan oyanıb işə getməlidirlər.

Amma indiki məqamda bunların heç də önəmi yoxdur. Vətəndaşımız Türkiyə üçün oyaq qalıb.

7-dən 77-yə hər kəs gücü nəyə çatırsa, özüylə Babək prospektinə, qardaş ölkə üçün yardımların toplandığı ünvana gətirir.

Bu günün işini saxlamırlar. Çünki yaxşı fərqindədirlər ki, indi zəlzələ nəticəsində evsiz, qidasız, isti paltarsız qalan türkiyəlilər üçün bir dəqiqə 60 saniyədən də çoxdur. “Qafqazinfo”nun əməkdaşlarının həssas gecədən hazırladığı fotoreportajı təqdim edirik:

Emin Səfərov
Fotolar: Müzəffər İsmayılov