Bakı-Qazax magistralında avtomobil aşdı - Ölənlər var - Yenilənib

baki-qazax-magistralinda-avtomobil-asdi
Oxunma sayı: 2690

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

***

Baş DYP İdarəsindən bildirilib ki, bu gün saat 07:33 radələrində Bakı-Qazax magistral yolunun 123-cü kilometrliyində “Mercedes” markalı 90 MK 953 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxıb.

Sürücü Quliyev Həsən Vəli oğlu və Abdullayeva Rahidə İmamverdi qızı vəfat edib.

***

Hacıqabulda baş verən qəzanın təfərrüatı məlum olub.

Belə ki, Tovuz rayon sakini 1970-ci il təvəllüdlü Həsən Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yağışlı havada idaretməni itirərək yoldan çıxıb aşıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişin - Abşeron rayon sakini 1969-cu il təvəllüdlü Rahidə Abdullayeva hadisə yerində ölüb.

Bir ailənin üzvü olan 4 nəfər Abşeron rayon sakini -1969-cu il təvəllüdlü Budaq Aliyev, 1972-ci il təvəllüdlü Xatirə Aliyeva, 1965-ci il təvəllüdlü Xankişi Aliyev və 1997-ci il təvəllüdlü Turan Aliyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev