Bakı Qran-prisinin qalibi müəyyənləşdi - Yenilənib

baki-qran-prisinin-qalibi-mueyyenlesdi
Oxunma sayı: 6143

Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

"Qafqazinfo" xəbər verir ki, saat 15:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

Formula 1-də təsnifat mərhələsinin yekunlarına əsasən, “Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

***

Əsas yarış başladı

***

Bakıda keçirilən Formula 1 Qran-prisi başa çatıb. “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci yeri tutub.

3-cü pilləyə isə “Mersedes”in üzvü Corc Rassel sahib çıxıb.