Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

baki-quba-yolunda-agir-qeza
Oxunma sayı: 4320

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza zamanı 3 nəfər dünyasını dəyişib. Onlar 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəyi oğlu və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənovdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.