Bakıda 10 metrlik ağac restoranın üstünə aşdı - Fotolar

bakida-10-metrlik-agac-restoranin-ustune-asdi
Oxunma sayı: 5419

Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib.

İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb. Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.