Bakıda 53 yaşlı kişi intihar etdi

bakida-53-yasli-kisi-intihar-etdi
Oxunma sayı: 2802

Bakının Suraxanı rayonunda 53 yaşlı kişi intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, 1969-cu il təvəllüdlü Səfa Dadaşov yaşadığı Zığ qəsəbəsindəki evin həyətində özünü asaraq həyatına son qoyub.

Onun asılı halda qalmış meyitini yaxınları aşkarlayıblar.

Fatkla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza