Bakıda 90 yaşlı qadına işgəncə verilir? - Video+ Yenilənib

bakida-90-yasli-qadina-isgence-verilir
Oxunma sayı: 6405

Bakıda 90 yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məlumat yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır. İddiaya görə, video həmin qadının oğlu və gəlini tərəfindən çəkilib. Kadrlardan görünür ki, qadın döşəməni silməyə məcbur edilir, soyuducudan götürdüyü əşyalarla bağlı ona kobud formada irad bildirilir. 

Xəbəri rus dilində oxuyun: В Баку пытают 90-летнюю женщину? - Видео

Bakının Buzovna qəsəbəsində lentə alındığı deyilən görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, həmin video ilə əlaqədar artıq araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. 

***

15:00

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yaşlı qadının oğlu və gəlini polis orqanına dəvət olunub, onların izahatı alınıb.

əlum olub ki, görüntülər 6 ay əvvəl çəkilib. Yaşlı qadın hazırda Naxçıvan Muxtar Respublikasında qızının yanında yaşayır.

Araşdırmalar davam etdirilir.

***

15:03

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb: “Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır. Faktla bağlı araşdırmalar davam etdirilir”.