Bakıda ağır qəza - Ölən var

bakida-agir-qeza
Oxunma sayı: 4296

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu gün saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayevin Səbail Rayon Polis İdarəsinin (PPXB) keçmiş əməkdaşı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam Rza