Gecə saatlarında Bakıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Hövsan-Türkan yolunda “Toyota Prius” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Nəticədə avtomobillər tamamilə yararsız hala düşüb. Hadisə şahidləri bildiriblər ki, qəza zamanı iki nəfər həyatını itirib.
Hadisə yerindən görüntüləri təqdim edirik.
Son xəbərlər
Son Xəbərlər