Bakıda binanın həyətində saxlanılan maşınlar yandı - Video

bakida-binanin-heyetinde-saxlanilan-masinlar-yandi
Oxunma sayı: 9635

Ötən gecə Bakının Nizami rayonu ərazisində iki maşın yanıb.

“Qafqazinfo”nun məlumatına görə, “Mercedes” markalı hər iki avtomobil yanğın nəticəsində yararsız hala düşüb.

Hadisə binanın həyətində baş verib. Yanğın zamanı istidən yaxınlıqda olan daha bir maşının rəng örtüyündə qabarma əmələ gəlib. Həmin avtomobilin sahibi vaxtında maşını təhlükəsiz ərazidən uzaqlaşdırmaqla nəqliyyat vasitəsinə daha ciddi zərər dəyməsinin qarşısını ala bilib.

***

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə  paytaxtın Nizami rayonu, Nəsimi küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.  

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən iki ədəd "MERCEDES Benz" markalı minik avtomobilində yanğın baş verdiyi məlum olub. 

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində avtomobillərdən birinin salon hissəsi, digərinin isə salonu və 1 ədəd arxa təkəri yanıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Baş verən yanğının görüntülərini təqdim edirik: