Bakıda binanın lifti qırıldı - Xəsarət alanlar var

bakida-binanin-lifti-qirildi
Oxunma sayı: 9940

Bu gün axşam saatlarında Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında lift qırılıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb.

Qurumdan bildirilib ki, bu gün saat 18:13 radələrində baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 4 nəfərdən ikisi böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.