Bakıda çoxmərtəbəli binada yanğın

bakida-coxmertebeli-binada-yangin
Oxunma sayı: 4300

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında çoxmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Ddövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürlülüb.