Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.
“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, yanğın hadisəsi Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən binada qeydə alınıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən sorğumuza cavab olaraq bildirilib ki, yanğın məhdudlaşdırılıb.
“Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir”,- deyə əlavə edilib.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, paytaxtın Xətai rayonu, Babək prospekti 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkixmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən, mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
Son xəbərlər
Son Xəbərlər