Bakıda doqquzmərtəbəli binada yanğın olub - Sakinlər təxliyə edilib

bakida-doqquzmertebeli-binada-yangin-olub
Oxunma sayı: 2822

Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd dolab yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.