Bakıda işləyənlər bu qədər maaş alır

bakida-isleyenler-bu-qeder-maas-alir
Oxunma sayı: 3663

Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt əhalisinin orta aylıq maaşı ötən illə müqayisədə artıb.

Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 1167,9 manat təşkil edib.