Bakıda koronavirusa ən çox və ən az yoluxan rayonların - Siyahısı

bakida-koronavirusa-en-cox-ve-en-az-yoluxan-rayonlarin
Oxunma sayı: 7272

Paytaxt rayonlarına nəzər saldıqda koronavirusa yoluxma halı ən çox Yasamal rayonunda (19,8 faiz), ən az isə Pirallahıda (0,7 faiz) qeydə alınıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib. 

Qeyd edilib ki, bundan başqa, Nəsimidə 16,7% Binəqədidə 14,3%,, Nərimanovda 7%, Xətaidə 7,8%, Səbaildə 2,3%, Nizamidə 5,5%, Xəzərdə 5%, Suraxanıda 5,1%, Qaradağda 3,9% və son olaraq Sabunçuda 11,8% yoluxma faktı qeydə alınıb.

Günel Hacı