Xəbər verdiyimiz kimi, bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin (“Azərkomos”) və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.
“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 6-na qədər davam edəcək Konqresdə iştirakla bağlı qeydiyyatdan 135 ölkədən 5300 civarında insan keçib.
Beynəlxalq Astronavtika Konqresində150 şirkət sərgi pavilyonunda təmsil olunur.
Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunacaq. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutur.
Qeyd edək ki, növbəti Beynəlxalq Astronavtika Konqresi İtaliyanın Milan şəhərində baş tutacaq. 2026-cı ildə Konqresin keçiriləcəyi şəhər isə Bakı Konqresi çərçivəsində seçiləcək və elan olunacaq.
Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindən maraqlı görüntüləri təqdim edirik: