Bakıda məktəbin qarşısındakı insidentlə bağlı daha bir açıqlama

bakida-mektebin-qarsisindaki-insidentle-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 8233

Bakı şəhər Yol Polisi İdarəsi saxlanılarkən başını divara vuran şəxslə bağlı məsələyə aydınlıq gətirib.

İdarənin mətbuat katibi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs bundan öncə də bir neçə dəfə Yasamal rayonunda yerləşən 60 nömrəli məktəbin qarşısında “Opel” markalı avtomobilini yolun 3-cü zolağında saxlayaraq hərəkətə mane olub:

“Vətəndaşların ərazidə xidmət aparan yol polisi əməkdaşlarına müraciəti əsasında vətəndaşa bununla bağlı bir neçə dəfə xəbərdarlıq olunub. Sonuncu belə hadisə baş verərkən sürücü barəsində inzibati protokol tərtib edilib. Bu zaman həmin şəxs yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına başını vuraraq polislərin onu döyməsi görüntüsünü yaratmağa çalışıb. Sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib. O saxlanılaraq polis bölməsinə aparılıb, barəsində araşdırma davam etdirilir”. 

V.Əsədov qeyd edib ki, hadisə zamanı həmin şəxsin uşaqları orada olmayıb: “Sadəcə ərazi məktəbin qarşısı olduğu üçün digər şagirdlər videoya düşüblər”.

Həmçinin oxuyunPolis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Açıqlama + Video