Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Açıqlama + Video

polis-vetendasi-usaqlarinin-gozu-qarsisinda-doyub
Oxunma sayı: 8994

Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər: “Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.

E.Hacıyev əlavə edib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil: “Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.

Həmçinin oxuyun: Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - Detallar

Polisdən qaçarkən digər maşınları əzən şəxs saxlanıldı - Video