Bakıda Musiqi Forumu keçirilir - Fotolar

bakida-musiqi-forumu-kecirilir
Oxunma sayı: 3385

Oktyabrın 29-da “Gülüstan” sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Musiqi Forumunun açılış mərasimi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-dan 31-dək gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Adil Kərimli Musiqi Forumunun ölkəmiz üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, mədəniyyət milli kimliyi ehtiva edən əsas keyfiyyətlərdən biridir. O qeyd edib ki, Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial durumunun yaxşılaşdırılması, onlara digər qayğı məsələləri öz həllini tapmaqdadır.

Daha sonra Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunub.

Hüseyn Məmmədsalahov

Fotolar: Xəyal Vəlizadə