Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon Ü.Əkbərov küçəsində kirayə yaşayan Faiq Yusif oğlu Muradov hamam otağında çimərkən dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar hadisə dünən Xəzər rayonunda da qeydə alınıb. Binə qəsəbəsinin Qardaşxan küçəsində fərdi yaşayış evində yaşayan Xəyalə Asif qızı Qasımova evdə dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər