Restorandakı yanğın söndürüldü - Video - Fotolar - Yenilənib

restorandaki-yangin-sonduruldu
Oxunma sayı: 2101

Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

FHN-in qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.