Bakıda oğlan sevgilisini polisə verdi - “Pulumu oğurlayıb...”

bakida-oglan-sevgilisini-polise-verdi
Oxunma sayı: 5623

Bakıda 31 yaşlı kişi birlikdə yaşadığı sevgilisindən polisə şikayət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Suraxanı rayonunda baş verib.

Qaraçuxur qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü T.Məmmədov polis bölməsinə müraciət edərək bildirib ki, sevgilisi 1990-cı il təvəllüdlü K.Bayramova oğurluq edib. T.Məmmədov şikayətində qeyd edib ki, birlikdə yaşadığı sevgilisi onun evindən 500 manat oğurlayıb.

Araşdırma aparılır.

Murad Əhməd