Bakıda polis rəislərinin yeri dəyişdirildi

bakida-polis-reislerinin-yeri-deyisdirildi
Oxunma sayı: 18572

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov vəzifədən azad edilib.

O, digər əmrlə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, 4-cü Polis Şöbəsinin rəisi polis mayoru Natiq Teymurov da 2-ci Polis Şöbəsinə rəis göndərilib.

***

Əldə etdiyimiz məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Tural Nəzərov da vəzifədən azad edilib. O, işdən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi təyin edilib.