Bakıda “Prius” ağır qəza törətdi - Ölən var + Yenilənib

bakida-prius-agir-qeza-toretdi
Oxunma sayı: 5555

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili “Kamaz” markalı yük avtomobilinə çırpılıb, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Pirallahı şosesində sürücü Rzayev Anar Şirin oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobili yolun kənarında dayanmış “Kamaz” markalı yük avtomobilinə çırpıb. Nəticədə A.Rzayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt üzrə Xəzər RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.