Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı - Video-Yenilənib

bakida-qaraci-qadinlar-hicab-baglayib-marketi-taladi
Oxunma sayı: 2169

Bu gün paytaxtın Keşlə qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bir neçə hicablı qadın Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, şübhəlilər dilənçi və tüfeyli həyat sürən şəxslər olub: “Mağazadan bir neçə qutu tütün məmulatını talayıblar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır”.

“Al Market”dən də “Qafqazinfo”ya hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, bir qrup qaraçı olduğu ehtimal olunan qadın mağazadan oğurluq edib. Hər hansı bıçaqlı hücum olmayıb. Həmin şəxslərlə bağlı hüquqi tədbir görüləcək.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Globalinfo.az” yayıb.

***

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunaraq saxlanılıblar.