Bakıda qətlə yetirilən 14 yaşlı Günayın - Fotosu

bakida-qetle-yetirilen-14-yasli-gunayin
Oxunma sayı: 15354

Xəbər verdiyimiz kimi, fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Günay Şadatova bıçaqlanıb.

Həkimlərin səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

“Qafqazinfo” qətlə yetirilən Günayın fotosunu təqdim edir.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.