Bakıda qumbara tapıldı - Video

bakida-qumbara-tapildi
Oxunma sayı: 1242

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.