Bakıda şadlıq evində partlayış- - 2 yaralı

bakida-sadliq-evinde-partlayis-
Oxunma sayı: 3869


“Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb.

Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.