İki avtomobil toqquşdu, ölən və yaralanan var - Fotolar

iki-avtomobil-toqqusdu-olen-ve-yaralanan-var
Oxunma sayı: 1030

Gəncədə iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 

“Chevrolet” və “VAZ” markalı minik avtomobilləri toqquşması nəticəsində 16 yaşlı Müzəffər Qədimov və  73 yaşlı Mübariz Məmmədov xəsarət alıb. 

Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev