Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdi

siyasi-partiyalar-maliyye-hesabatlarini-teqdim-etdi
Oxunma sayı: 404

Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat MSK-nın saytında yer alıb.

Dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.

Qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.