Çempionlar Liqasının 1 /4 final matçlarından sonra “Qarabağ”ın futbolçuları müxtəlif göstəricilərdə ən yaxşılar arasındadırlar.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqası oyunlarında ən yüksək sürətə malik oyunçular siyahısına qoşulub.
O, saatda 36,5 km sürət ilə ilk beşliyi tamamlayır. İlk üçlüyə "Pafos"un hücumçusu Landri Diamata (39,6), “Bayer”in hücumçusu Patrik Şik (39,6) və PSJ-nin cinah oyunçusu Bredli Barkola (36,7) daxil olub.
Eyni zamanda, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski seyvlərdə (45) dördüncü pillədəki yerini qoruyub. O, “Bodo-Qlimt”in qapıçısı Nikita Haykin (68), “Real”dan Tibo Kurtua (56) və “Qalatasaray”ın qapıçısı Uğurcan Çakırdan (48) geri qalır.
Xatırladaq ki, “Qarabağ” ümumilikdə 22-ci yeri tutub və pley-offdan sonra Çempionlar Liqasını tərk edib.
Son xəbərlər
Son Xəbərlər