“Onların bu tələbləri qəbirə gedəcək xülyalardır”

onlarin-bu-telebleri-qebire-gedecek-xulyalardir
Oxunma sayı: 1313

“İranın əleyhinə olan qüvvələr heç vaxt uranın zənginləşdirməsinin dayandırılmasına nail olmayacaqlar”​. 

“Qafqazinfo” ISNA agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami çıxış edib. 

“Əleyhimizə olan qüvvələrin İranın zənginləşdirmə proqramını məhdudlaşdırmağa yönəlmiş iddia və tələbləri qəbirə gedəcək xülyalardan başqa bir şey deyil”, - o deyib. 

Eslaminin fikrincə, İsrail və ABŞ İrana hücum etməklə heç nəyə nail ola bilməyib, indi isə danışıqlar yolu ilə Tehrandan güzəştlər əldə etməyə çalışırlar.