Yasamalda növbəti səyyar qəbul keçirildi - Fotolar

yasamalda-novbeti-seyyar-qebul-kecirildi
Oxunma sayı: 325

Yasamal rayonunda sakinlər üçün aprel ayı üzrə növbəti səyyar qəbul keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.

Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Sakinlər yolların təmiri, sahibsiz itlərə qarşı ölçü götürülməsi, məşğulluq, yaşayış binalarının damlarının təmiri, qonşular arasında fərdi tikinti ilə bağlı mübahisələr, yaşayış binaları örtüyünün təmiri və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.

Qəbul zamanı RİH başçısı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verib. E.Həsənov vətəndaşların problemlərinin həllində aidiyyəti qurumlardan daha operativ və məsuliyətli olmağı tələb edib.

Rayon rəhbəri vətəndaş məmnunluğunu təmin etməyin əsas hədəfləri olduğunu vurğulayıb. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.