Paşinyan yenə Rusiyaya gedəcək

pasinyan-yene-rusiyaya-gedecek
Oxunma sayı: 1494

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunda Rusiyaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə brifinq zamanı bildirib.

“İyunun ikinci yarısında yüksəksəviyyəli görüş barədə razılığa gəlmişik”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri aprelin 1-də Rusiyaya işgüzar səfər edib və Moskvada ölkə prezidenti Vladimir Putinlə görüşüb.