Bakıda silahlı şəxs tutuldu - Foto

bakida-silahli-sexs-tutuldu
Oxunma sayı: 3476

Bakıda silahlı şəxs polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 39 yaşlı Vüsal Salmanov saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanıb.

Bildirilib ki, Xətai rayonu ərazisində polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlərlə isə 1 avtomat, 1 patron darağı və 14 ədəd patron tapılaraq götürülüb.