Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək.
“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya aprelin 10-u İstanbulda keçirilməsi planlaşdırılan növbəti danışıqlarda Xarici İşlər Nazirliyi xətti ilə təmsil olunacaq.
Peskov media nümayəndələrini görüşlə bağlı XİN-dən məlumat gözləməyə çağırıb.
Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda ABŞ ilə yeni ikitərəfli görüş planlaşdırıldığını bildirib.