Suriya bu ölkədəki səfirini dəyişəcək

suriya-bu-olkedeki-sefirini-deyisecek
Oxunma sayı: 1178

Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfirini dəyişdirmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya XİN-in mətbuatla əlaqələr üzrə koordinatoru Abdulla Əl-Hakiya istinadən məlumat yayıb.

Diplomatın sözlərinə görə, departament Suriyanın Moskva və Ər-Riyaddakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə köçürülməsi barədə qərar qəbul edib.

Əl-Haki bildirib ki, Moskvadakı diplomatik missiyanın rəhbəri vəzifəsinə bir neçə namizəd var.