Bakıda ticarət mərkəzində yanğın olub

bakida-ticaret-merkezinde-yangin-olub
Oxunma sayı: 2684

Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***

Hadisə barədə "Azərbaycan Dəmir Yolları" QSC-də məlumat yayıb. 

Məlumata əsasən bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin birində elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.