Bakıda Türkiyəyə yardım üçün izdiham - Qardaş dəstəyi - Video

bakida-turkiyeye-yardim-ucun-izdiham
Oxunma sayı: 12398

Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası başladılıb.

“Qafqazinfo” xəbər verir ki, yardımlar Babək prospektində yerləşən “Doğtaş” mebel mağazasında toplanılır.

Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərərçəkənlərə lazım olan vasitələr - yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək, çadır, generator və sair ehtiyac malları gətirməyə, pul şəklində ianələr verməyə davam edirlər.

Bir neçə yük maşını artıq yola salınıb. Anbar tam dolduğundan yardımın daşınması üçün tırlar gətiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, zəlzələlərdən zərər çəkmiş vətəndaşlara yardım etmək istəyən şəxslər Ziraat bankın Azərbaycandakı filiallarından komisyon haqqı tutulmadan fəlakət və fövqəladə halların idarə olunması başqanlığına (AFAD) ianə edə bilərlər.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb, 5 775 bina dağılıb.

Zaur Mirzə

Video: Müzəffər İsmayılov