Bakıda uşaq bağçasında yanğın olub

bakida-usaq-bagcasinda-yangin-olub
Oxunma sayı: 1036

Bakı şəhərinin Xətai rayonunda uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.

“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.