Bakıda Xəzər dənizi ilə bağlı Xüsusi İşçi Qrupun ilk iclası keçirilir - Fotolar

bakida-xezer-denizi-ile-bagli-xususi-isci-qrupun-ilk-iclasi-kecirilir
Oxunma sayı: 1282

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası çərçivəsində yaradılmış  Xüsusi İşçi Qrupun ilk iclası Bakıda öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.

ETSN-də keçirilən tədbirdə Xəzəryanı ölkələrin xarici işlər və ətraf mühit nazirliklərinin səlahiyyətli nümayəndələri, həmçinin Konvensiya katibliyi funksiyalarını yerinə yetirən BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin əməkdaşları iştirak edir.

F. Mütəllimov qeyd edib ki, hazırda Azərbaycan tərəfi Konvensiyanın Tərəflər Konfransına sədrlik edir, tərəflər Konvensiya katibliyinin regionda yerləşdirilməsi ilə bağlı institusional mexanizmlərin razılaşdırılması üçün müzakirələr aparır, ekspertlər tərəfindən müvafiq sənədlər hazırlanır.

Xatırladaq ki, Xüsusi İşçi Qrupun yaradılması bu ilin 21-22 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşündə qərara alınıb.