Bakıda yaşayış binasında yanğın, xəsarət alan var

bakida-yasayis-binasinda-yangin-xesaret-alan-var
Oxunma sayı: 1506

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 32 m² olan 1 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.