“Ondan gizlətsək də, xəstə olduğunu bilirdi” - Video

ondan-gizletsek-de-xeste-oldugunu-bilirdi
Oxunma sayı: 1459

“Bu gün tarixi bir gündür. Çünki böyük bir sənətkarı yola salırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib:

“Gec-tez hamı dünyadan köçəcək. Son dəfə Bakıda görüşdük, həkimlər onu telefondan kənarlaşdırmışdı. Oğlanları ilə danışırdım. O dərmanlardan imtina etmişdi. Amma, sən demə, həqiqəti bilirmiş. Heç onda yaşamaq həvəsi yox idi. Səbəbi o idi ki, onkoloji xəstə olduğunu ondan gizlətsək də, bilirdi o”.

Lamiyə Məmmədova