“Bir təsəlli var ki, Rasim Balayev sənəti daim yaşayacaq” - Video

bir-teselli-var-ki-rasim-balayev-seneti-daim-yasayacaq
Oxunma sayı: 656

“Olduqca, böyük itkidir. Azərbaycan teatrının ən böyük korifeylərindən biri dünyasını dəyişib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Xalq artisti Yalçın Adıgözəlov deyib:

“Rasim Balayev böyük sənətkar, şəxsiyyət və aktyor idi. Ona Allah-Təaladan qəni-qəni rəhmət diləyirəm. Amma bir təsəlli var ki, Rasim Balayev sənəti daim yaşayacaq. Çünki o bizim gəncliyimizdir. Xalqımızın başı sağ olsun”.

Lamiyə Məmmədova