“Azərbaycan kinosunun canlı siması idi”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.
O Rasim Balayev haqda fikirlərini bölüşüb:
“Bu qədər gözəl aktyorlarımız sənətkarlarımız var idi, amma Azərbaycan kinosunun tarixi, hamısı Rasim Balayev idi. 23 yaşında Azərbaycandan kənarda da məşhurlaşmışdı, zərrə qədər də dəyişməmişdi. Sənət adamları o yaşda şöhrət qazananda birdən sel kimi gəlir. Amma o həmin Rasim idi, axıracan... Özü də belə gizli saxlayırdı, gözlənilməz oldu. Mənim də ayağımda problem var.
O da onun xarakterindən irəli gəlir, ağrının hamısını özü çəkir. Dişi, dırnağı ilə gəlib çıxmışdı bu yerə. Nəhəng insanı keyfiyyəti var idi, şöhrət zərrə qədər dəyişməmişdi. Azərbaycan kinosu bir adamda cəmlənsə, mənim üçün o Rasimdir”.
Lamiyə Məmmədova
Foto/Video: Xəyal Vəlizadə
Son xəbərlər
Son Xəbərlər