“Böyük sənətkarımız dünyadan köçdü və o öz adını tarixə qızıl hərflərlə yazdı”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Əməkdar artist Rəhman Rəhmanov deyib:
“Böyük şəxsiyyət, insan, aktyor Rasim Balayev tarixi qəhrəmanlarımızı canlandırdı. Rasim müəllim mənim üçün ikiqat əzizdir. O həm böyük sənətkardır, həm də mənə çox doğmadır.
20 il bundan öncə böyük bir tədbirdə mənə səhnədə “Qızıl dərviş” mükafatı laureatını təqdim edib. Ondan sonra biz Rasim müəllimlə yaxın olmuşuq və mütəmadi görüşlərimiz olub. Yumoru, zarafatı sevən idi. Amma ciddi yumoru. Mən inanmazdım ki, “Nəsimi”ni, “Babək”i yaradan aktyor o cür zarafat edə bilər”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər