Zaqatalada ağır qəza - Ölən və yaralananlar var - Foto

zaqatalada-agir-qeza
Oxunma sayı: 764

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub..Hadisə zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Hadisə zamanı rayonun Muğanlı kənd sakini Elvin İsmayıl oğlu Qurbanovun  idarə tediyi “VAZ-21011” markalı 08-BK-640 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə rayonun Faldarı kənd sakininin idarə etdiyi “Mercedes C 200”  markalı 90-XR-640 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəzadan sonra “VAZ- 21011” markalı avtomobildə olan sərnişin sürücünün əmisi 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Ülfət Qurbanovun meyiti minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan Elvin Qurbanov, Səməndər Qurbanlı, Natavan Yusifova, “Mercedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan  daha bir sərnişin aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov